Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib

Oxunma vaxtı:22 Saniyə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda  səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri  H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Loading

Next Post

Putinin atəşkəslə bağlı üç yolu vardı: o, 3-cünü SEÇDİ

Ukrayna ilə 30 günlük atəşkəs razılaşması təklifinə qarşı Vladimir Putinin üç yolu var idi: təklifi qəbul etmək; onu rədd etmək; danışıqları uzatmaq.  “The Telegraph” qəzeti Putinin 3-cü yolu seçdiyini yazıb. Müharibəni bitirəcəyinə söz verməklə Putin Trampla yaxşı münasibətdə qalmağa ümid edir. Nəşr qeyd edir ki, onun müzakirə edilməli “nüanslar” haqqında […]