Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi göstərilən hüquqi xidmətlərin səviyyəsini yüksəldir

Oxunma vaxtı:33 Saniyə

Prokurorluq orqanlarında maddi-texniki bazanın gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür.

Bunu Baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib.

O bildirib ki, məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir:

“Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına yüksək diqqət və qayğı göstərilir. Yeni inzibati binanın istifadəyə verilməsi də məhz dövlətimizin başçısının bu sahəyə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir. İstifadəyə verilən yeni inzibati bina isə həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək”.

Loading

Next Post

Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər dəyişib

Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblərdə dəyişiklik edilib. “Report”un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dərman vasitəsi öz təyinatına, dövlət qeydiyyat sənədlərinin və ya klinik sınaqların protokollarına uyğun, keyfiyyətli, effektiv və təhlükəsiz istehsal edilməlidir. Tələblərin yerinə yetirilməsi üçün şəraitin yaradılması və nəzarətin həyata keçirilməsi istehsalçının vəzifəsidir. Bu […]