Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var

Oxunma vaxtı:31 Saniyə

Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub. 

Loading

Next Post

Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR

Nazirlər Kabineti gələn həftə 2024-cü ildə fəaliyyəti haqqında hesabat təqdim edəcək. Hesabatın qanunverici orqanının martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub. Hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alacaq. Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hesabatı Baş nazir Əli Əsədov […]