Hökumət parlamentə hesabat verməyə HAZIRLAŞIR

Oxunma vaxtı:39 Saniyə

Nazirlər Kabineti gələn həftə 2024-cü ildə fəaliyyəti haqqında hesabat təqdim edəcək. Hesabatın qanunverici orqanının martın 14-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulub.

Hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alacaq.

Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.

O qeyd edib ki, hesabatın təqdim ediləcəyi iclasa bütün Nazirliklər dəvət edilir. Mətbuat katibi bildirib ki, iclasda nazirlərin, nazir müavinlərinin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, hökumətin parlamentə hesabat verməsi təcrübəsi konstitusion norma kimi müəyyən olunub. Belə bir hesabatlılıq hər iki qurum arasında konstruktiv və işgüzar əməkdaşlığa töhfə verir, hökumətin gördüyü işləri deputatlarla birlikdə təhlil etməyə və qarşıda dayanan vəzifələri bir daha dəqiqləşdirməyə şərait yaradır.

Hesabat təqdim edildikdən sonra səsə qoyulur və nəzərə alınır.

Loading

Next Post

IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi […]