Göyçayda müəllimin meyiti tapıldı

Oxunma vaxtı:20 Saniyə

Göyçayda mənzildən meyit tapılıb.

Fvralın 15-də Göyçay şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəbbət Rəsulova ilə əlaqə saxlaya bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Fevralın 16-sı saat 18 radələrində FHN-in rayon şöbəsinin əməkdaşları M.Rəsulovanın yaşadığı mənzilin qapısını qıraraq evə daxil olublar. Müəllimin evdə vəfat etməsi məlum olub.

Onun hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

İran əhalisinin sayı açıqlanıb

İran əhalisinin sayı bu ilin fevral ayınadək 85 milyon 961 min nəfər olub.Bu barədə İranın Statistika Mərkəzinin son hesabatında bildirilib. Məlumata görə, 2026-cı ildə İranda əhalinin sayının 601 min nəfər artacağı proqnozlaşdırılır. Bildirilib ki, ölkədə şəhər əhalisinin sayı 66 milyon 207 min, kənd sakinlərinin sayı isə 19 milyon 754 min […]