Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

Oxunma vaxtı:23 Saniyə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini fevralın 28-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 4 350 manat ödənilib.

Loading

Next Post

KXDR: ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər

ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər. Bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib. “Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil […]