Qəbələdə iki avtomobil toqquşub, bir nəfər ölüb, dördü xəsarət alıb, cinayət işi açılıb – YENİLƏNİB

Oxunma vaxtı:1 Dəqiqə, 8 Saniyə

Qəbələdə iki avtomobilin toqquşduğu qəzada iştirak edənlərdən birinin sürücülük hüququ olmayıb, qəza ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qəbələ rayonunun Tövlə kəndinin ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərdən biri – Aqasif Qəriblinin avtomobili idarə etmə hüququ yoxdur və onun alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr var: “Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. İstintaqın nəticəsinə uyğun olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

Məlumatda qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisədə təqsirin kimdə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.

***

Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.

Hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106”da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Loading

Next Post

Türkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib. Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün […]