Çempionlar Liqası: “Mançester Siti” “Real”la üz-üzə gələcək

Oxunma vaxtı:36 Saniyə

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Gecənin maraqlı oyunlarından biri İngiltərədə keçiriləcək.

“Etihad” stadionunda baş tutacaq matçda “Mançetser Siti” İspaniya nəhəngi “Real”la üz-üzə gələcək. Bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb.

“Bavariya” – “Arsenal” matçı gecənin növbəti dueli olacaq. Londonda 2:2 hesabı ilə bərabərə qalan kollektivlər cütün taleyinə “Alyans Arena”da aydınlıq gətirəcəklər.

Qeyd edək ki, bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqlar.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

17 aprel

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya).

Mançester, “Etihad” stadionu.

İlk oyun – 3:3.

23:00. “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland).

Münhen, “Alyans Arena”.

İlk oyun – 2:2.

Loading

Next Post

Əsgəran avtomobil yolunun inşasına start verilib

Əsgəran avtomobil yolunun inşasına başlanılıb. Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən (Ağdam şəhərinin dairəvi yolu) və uzunluğu 18 km olan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə […]