Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb

Oxunma vaxtı:29 Saniyə

Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var:

“Seçicilərin 5 milyon 875 min 802 nəfəri daimi, 86 min 185 nəfəri isə müvəqqəti seçki məntəqələrində səs verəcək”.

Qeyd edək ki, yanvarın 29-u 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Seçkilər 118 seçki dairəsinin 5846 seçki məntəqəsində baş tutacaq. Seçki məntəqələrindən 5734-ü daimi, 112-si müvəqqətidir.

Loading

Next Post

Ermənistanda rusiyalı hərbçi ölüb - 102 saylı baza bağlana bilər - ŞƏRH

Belə getsə, Ermənistan-Rusiya münasibətləri artan xətt üzrə gərginləşəcək. Ötən gün Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi – 23 yaşlı Aleksey Yampolskin şəhərin Aram Xaçatryan küçəsində evdə elektrik naqili ilə şkafın qapısına asılı vəziyyətdə tapılıb. Ermənistan Tibbi-məhkəmə ekspertizasının ilkin məlumatına görə, əsgərin bədəninə baxış keçirilib və zorakılıq əlaməti […]