Ölkə üzrə pensiyalar tam ödənilib

Oxunma vaxtı:27 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək.

Loading

Next Post

Rəqəmsal "yaddaş aclığı": Mümkün ssenarilər və Azərbaycana təsiri - TƏHLİL

Texnologiyalar gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilərək iş proseslərimizi köklü şəkildə dəyişib. Əvvəllər manual qaydada həyata keçirilməsi saatlar, bəzən isə günlərlə vaxt tələb edən məlumat analizini bu gün mürəkkəb proqram vasitələri ilə saniyələr içərisində reallaşdırmaq mümkündür. Məlumatların analizi prosesində əsas komponentlərdən biri operativ yaddaşdır (RAM). Sərt disklərdən (HDD/SSD) fərqli olaraq, […]