Azərbaycanda dəmir yolu nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2 % azalıb

Oxunma vaxtı:28 Saniyə

2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,6 % və 1,9 % azdır.

Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 4 milyon 947,5 min ton (7 % çox) yük idxal edilib, 841 milyon ABŞ dolları (26,9 % az) dəyərində 2 milyon 777 min ton yük (14,6 % az) yük ixrac olunub.

Loading

Next Post

Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ziyarət zamanı […]