Hikmət Mirzəyev Türkiyədə Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı və sərhəd postuna baxış keçirib

Oxunma vaxtı:27 Saniyə

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ziyarət zamanı Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu Türkiyə ilə Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında hərbi əməkdaşlığın və koordinasiyanın artırılması çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə olunan təcrübələri bölüşüb.

Loading

Next Post

Məktəblərdə qış tətili başlayıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb. Bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir. Qeyd edək ki, 5 günlük […]