Azərbaycan nefti ucuzlaşıb

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,93 % azalaraq 67,15 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 64,70 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,61 ABŞ dolları və ya 0,92 % azalaraq 65,92 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Dəmir yolundan oğurluq edənlər saxlanılıb

Dəmir yolundan oğurluq edənlər saxlanılıb. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə Biləcəri qəsəbəsi Güzdək dəmir yolu stansiyası ərazisindən 71 rels altlığının və digər materialların oğurlanması barədə məlumat daxil olub. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 50 yaşlı X.İbadullayev və 30 yaşlı N.Dəmirov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.