Bakıda müğənni virusdan ölüb?

Oxunma vaxtı:45 Saniyə

Bakı kəndlərində müğənni və aparıcı kimi tanınan Rəsmiyyə Bakılı vəfat edib. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun ölümündən əvvəl Məmmədli qəsəbəsindəki modul tipli xəstəxanaya müraciət etdiyi, elə orada yeni yayılan virusdan öldüyü iddia olunur.  

Bu barədə məlumat almaq üçün TƏBİB-ə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin şəxsin ölümünün ilkin səbəbi ağciyər arteriyasının tromboemboliyasıdır: “Yanvarın 11-i saat 03 radələrində 1965-cı il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məmmədli Modul tipli Xəstəxananın Reanimasiya şöbəsinə kritik ağır vəziyyətdə hospitalizasiya olunub. İkitərəfli viral pnevmoniya, ürəyin işemik xəstəliyi, şəkərli diabet və çoxsaylı ağırlaşmalarla sözügedən şəxsə zəruri tibbi yardımlar göstərilib. 

Göstərilən reanimasyon tədbirlərə baxmayaraq, 11 yanvar saat 05:00 radələrində şəxsin bioloji ölümü qeydə alınıb. Ölümünün ilkin səbəb kimi ağciyər arteriyasının tromboemboliyası qeyd olunur”.

Qeyd edək ki, Rəsmiyyə Bakılı Bakıətrafı kənd və qəsəbələrdə xınayaxdı və qadın məclislərini idarə etməsi ilə tanınıb.

Loading

Next Post

Pezeşkian sabah Tacikistana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yanvarın 15-də Tacikistana dövlət səfəri edəcək. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Səfər çərçivəsində ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin geniş spektri müzakirə olunacaq. Bundan başqa, səfər proqramına əsasən, Tacikistan və İran arasında yüksək səviyyəli görüş və danışıqlardan sonra əməkdaşlıq haqqında bir sıra yeni sənədlər imzalanacaq. […]