Pezeşkian sabah Tacikistana səfər edəcək

Oxunma vaxtı:18 Saniyə

İran Prezidenti Məsud Pezeşkian yanvarın 15-də Tacikistana dövlət səfəri edəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfər çərçivəsində ikitərəfli əməkdaşlıqla bağlı məsələlərin geniş spektri müzakirə olunacaq.

Bundan başqa, səfər proqramına əsasən, Tacikistan və İran arasında yüksək səviyyəli görüş və danışıqlardan sonra əməkdaşlıq haqqında bir sıra yeni sənədlər imzalanacaq. Səfər çərçivəsində Ticarət-İnvestisiya və Turizm Forumunun keçirilməsi də gözlənilir.

Loading

Next Post

Bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb

Müvəqqəti (beşgünlük) məntəqələrin də yaradılması ilə bələdiyyə seçkilərinin keçiriləcəyi məntəqələrin sayı 5 min 846-ya çatıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. O qeyd edib ki, seçicilərin sayı isə 5 milyon 960 mindən çoxdur.