Qəzada yaralananların qohumları Qazaxıstana yola salınır

Oxunma vaxtı:29 Saniyə

Yaralıların tezliklə sağalması üçün aparılan müalicə tədbirlərində tibbi dəstəklə yanaşı, mənəvi dəstək də çox önəmlidir. Bu məqsədlə, həm Azərbaycanlı tibb mütəxəssisləri, həm də yaralıların yaxın qohumları Qazaxıstana yola salınır.

Bu barədə Səhiyəə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 3 soydaşımızın Qazaxıstan Respublikasında müalicəsi davam edir. Qazaxıstana ezam olunan tibbi personal aparılan müalicə tədbirlərinin ölkələrin tibb mütəxəssisləri arasında koordinasiyalı təşkilini təmin edəcək, yaralıların yaxınları onların tezliklə əvvəlki sağlamlıqlarına qovuşmasında mənəvi dayaq olacaqlar.

Yaralıların vəziyyəti qənaətbəxş və təxliyə üçün uyğun olduqda, onların dərhal Bakıya gətirilməsi təmin ediləcək.

Loading

Next Post

İlham Əliyev Qazaxıstanın tibb personalına təşəkkür etdi

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlət başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək […]