Sabah 37 dərəcə isti olacaq

DogruSozTv Az
Oxunma vaxtı:40 Saniyə

Bakıda və Abşeron yarımadasında avqustun 15-i hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Loading

Next Post

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxt qaldığı dönəmdə artıq bəzi mağazalarda məktəbli formalarının satışı həyata keçirilir. “Report” bu məqsədlə bir neçə ticarət məkanında məktəbli formalarının qiymətləri ilə maraqlanıb. Müşahidə aparılan bir neçə satış məntəqəsində məktəbli formalarının qiymətlərinin dəyişkən olduğu qeydə alınıb. Belə ki, mağazaların birində qisaqol köynək 23-27 […]