Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra dövlət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müşavirə keçirib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

Loading

Next Post

Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var

Azərbaycan Prezidenti İlham Əliyev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm ona, həm də Azərbaycan ictimaiyyətinə məlumat verilməli olduğunu deyib. Bunu Prezident qəza ilə bağlı keçirdiyi müşavirədə deyib. Dövlət başçısı bildirib ki, ona verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus […]