Gürcüstanda bu il ərzində ikinci məscid yanıb

Oxunma vaxtı:33 Saniyə

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunun Tsxmorisi kəndində tarixi məscid tamamilə yanıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 22-də axşam saatlarında baş verib.

Qərbi Gürcüstan müftisi Adam Şantadze ötən gün kəndə baş çəkib və sakinlərə məscidin yaxın zamanlarda bərpa olunacağını söz verib.

Tsxmorisi kənd məscidi 2006-cı ildən Acarıstanın mədəni irs abidəsi statusuna malik olub. Onun birinci mərtəbəsi yonulmuş daşdan, ikinci mərtəbəsi isə taxtadan idi.

Tarixi mənbələrə əsasən, məscid 1892-1893-cü illərdə inşa edilib, sovet dönəmində bağlanıb və fəaliyyət göstərməyib.

Qeyd edək ki, Tsxmorisi kənd məscidi bu il Acarıstanda yanan ikinci tarixi məsciddir. Belə ki, mart ayında Xulo rayonunun Satsixira kəndində yerləşən məscid yanaraq məhv olub.

Loading

Next Post

Putin İlham Əliyevi təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir. Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı […]