Putin İlham Əliyevi təbrik etdi

Oxunma vaxtı:29 Saniyə

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm”.

Loading

Next Post

Yol polisi sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevretmə qaydalarının pozulması halları ilə bağlı müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə deyilir ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir. Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə […]