Antonio Koşta: Aİ Ukraynaya yardım göstərməyə davam edəcək

Oxunma vaxtı:35 Saniyə

Avropa İttifaqı (Aİ) Ukraynanın sülhə nail olmaq səylərinə dəstək məsələsində birliyini ifadə edib.

Bunu Avropa İttifaqı Şurasının iclasının yekunlarına dair ilk dəfə sədr kimi çıxış edən Antonio Koşta bildirib.

O deyib ki, görüşün əsas mövzuları Ukrayna və Avropa İttifaqının dünyada rolu olub.

A.Koşta vurğulayıb ki, bu həftə artıq təşkilatın Ukraynaya dəstək tədbirləri çərçivəsində Rusiyaya qarşı 15-ci sanksiyalar paketi təsdiqlənib.

“Bu paket sanksiyalardan yayınmanı məhdudlaşdırır, xüsusilə “kölgə donanması” adlanan məsələyə qarşı yönəlib”, – o bildirib.

A.Koşta qeyd edib ki, Aİ ölkələri 2025-ci ildə Ukraynaya maliyyə dəstəyi olaraq 30 milyard avro ayıracaq və “birbaşa və ya dolayı yolla müharibənin beynəlxalq eskalasiyasına şərait yaradan, eləcə də Rusiyanı dəstəkləməklə sülh və təhlükəsizliyə zərər vuran” şəxslərə təzyiqi artıracaq.

Loading

Next Post

Azərbaycanın D-8-ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad - ŞƏRH

Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Bundan sonra təşkilat D-9 adlanacaq. Təşkilat heç bir beynəlxalq qurumlara alternativ və y düşmən deyil, adından da göründüyü kimi iqtisadi əməkdaşlığa üstünlük verir.1996-cı il oktyabrın 22-də “İnkişafda əməkdaşlıq konfransı”ından onun qurulmasına hazırlıq işlər görülməyə başlayıb. 1997-ci il iyunun 15-də Türkiyənin İstanbul şəhərində dövlət […]