Nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edilib

Oxunma vaxtı:1 Dəqiqə, 2 Saniyə


Ali Məhkəmə nikahın etibarlı hesab olunması ilə bağlı vahid təcrübə müəyyən edib.

Bu barədə məhkəmədən bildirilib.

Məlumata görə, Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

İş materiallarına görə, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.

Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.

Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.

Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.

Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Loading

Next Post

Allahşükür Paşazadə İstanbulda Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək. Məqsəd “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə mayın 11-13-də İstanbulda keçiriləcək XXIX Avrasiya İqtisadi Zirvə toplantısında iştirakdır. Toplantının builki mövzusu “Qlobal məsuliyyət – müharibədən sonra dünya, yeni güc balansları, ortaq gələcək axtarışı, su ilə yaşıllığın tükəndiyi […]