Deputatlar bu tarixdə tətilə ÇIXIR

Oxunma vaxtı:36 Saniyə

Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi məlum olub.

Sonuncu iclas dekabrın 29-da baş tutacaq.

Mövcud qanunvericiliyə görə, iclasdan sonra deputatlar tətilə çıxacaq. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Tətildən sonra yaz sessiyası fevralın 1-də başlayacaq. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, bu gün də parlamentin plenar iclası var. Gündəliyə 17 məsələ daxil edilib. (Modern.az)

Loading

Next Post

Prezident 2025-ci ilin büdcəsini TƏSDİQLƏDİ

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib. Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in […]