UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulacaq

Oxunma vaxtı:58 Saniyə

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna bu gün yekun vurulacaq.

İngiltərənin “Mançester Yunayted” klubu səfərdə “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.

Türkiyə klublarından “Qalatasaray” səfərdə “Malmö”nün, “Beşiktaş” isə Norveç təmsilçisi “Budyo Qlimt”in qonağı olacaq.

Səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşacaq “Qarabağ”ın rəqiblərindən FKSB (Rumıniya) Almaniyada “Hoffenhaym”la üz-üzə gələcək. “Olimpiakos” (Yunanıstan) isə evdə “Tvente” (Niderland) ilə görüşəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

VI tur

12 dekabr

21:45. “Roma” (İtaliya) – “Braqa” (Portuqaliya)

21:45. “Olimpiakos” (Yunanıstan) – “Tvente” (Niderland)

21:45. PAOK (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan)

21:45. “Viktoriya” (Çexiya) – “Mançester Yunayted” (İngiltərə)

21:45. “Yunion” (Belçika) – “Nitsa” (Fransa)

21:45. “Ludoqorets” (Bolqarıstan) – AZ (Niderland)

21:45. “Malmö” (İsveç) – “Qalatasaray” (Türkiyə)

21:45. “Hoffenhaym” (Almaniya) – FKSB (Rumıniya)

00:00. “Portu” (Portuqaliya) – “Midtyullann” (Danimarka)

00:00. “Ayaks” (Niderland) – “Latsio” (İtaliya)

00:00. “Reyncers” (Şotlandiya) – “Tottenhem” (İngiltərə)

00:00. “Slaviya” (Çexiya) – “Anderlext” (Belçika)

00:00. “Real Sosyedad” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna)

00:00. “Lion” (Fransa) – “Ayntraxt” (Almaniya)

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) – RFS (Latviya)

00:00. “Budyo Qlimt” (Norveç) – “Beşiktaş” (Türkiyə)

00:00. “Elfsborq” (İsveç) – “Qarabağ” (Azərbaycan)

Qeyd edək ki, Liqa mərhələsinin VII turuna 2025-ci il yanvarın 21-də start veriləcək.

Loading

Next Post

Türkiyə səfiri: Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və hörmətlə anırıq

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. O, bu barədə “X” hesabında paylaşım edib. “Qardaş Azərbaycanın Ulu Öndəri, “Bir millət, iki dövlət” anlayışının fikir atası Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmətlə və hörmətlə anırıq”.