Azərbaycan XİN Pakistana başsağlığı verib

Oxunma vaxtı:15 Saniyə

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında yazılıb.

“Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk”, – paylaşımda bildirilib.

Loading

Next Post

Prezident bu mərkəzləri ləğv etdi - Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilir. Sərəncama əsasən, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə […]