Prezident bu mərkəzləri ləğv etdi – Sərəncam

Oxunma vaxtı:27 Saniyə

Prezident İlham Əliyev “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilir.

Sərəncama əsasən, Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirləri görmək tapşırılıb.

Nazirlər Kabineti ləğv edilən publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Loading

Next Post

QHT: İqlim maliyyələşdirilməsi Qlobal Şimalın etdiyi talanın kiçik bir hissəsidir

Qlobal Şimal ölkələri təkcə 2030-cu ilə qədər dekarbonizasiya olunmamalı, həm də iqlim böhranının təsirlərinin yumşaldılması səylərinin “pulsuz istifadəsini” dayandırmaq üçün 1 trilyon maliyyə vəsaitini təmin etməlidir. Bunu Böyük Britaniyanın “War on want” QHT-nin nümayəndəsi Əsəd Rəhman “İqlim Ədaləti üçün Qlobal Kampaniya (DCJ)” şəbəkəsinə daxil olan beynəlxalq QHT-lərin nümayəndələrinin mətbuat konfransında […]