Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib

Oxunma vaxtı:44 Saniyə

Azərbaycan yığmasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib.

Yığma IV səbətdə olacaq.

I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya

II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç

III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail

IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva

V səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino

Qeyd edək ki, dekabrın 13-də Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yerin sahibləri pley-offda iştirak hüququ qazanacaqlar.

Loading

Next Post

Enrike Oçoa: Dünya sürətlə iqlim fəlakətinə irəliləyir

Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir. Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri […]