“Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra çay için” – Sahibə Qafarova

Oxunma vaxtı:45 Saniyə

Vitse-spiker Rafael Hüseynov Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib.

Deputat bunu Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər. Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”, – deyə o əlavə edib.

Milli Məclisin sədri Sahibə Qafarova da müavininin sözləri ilə razılaşdığını qeyd edib: “Qanun layihələri bizə gəlməmişdən əvvəl linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Razıyam, hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır”.

Deputat Erkin Qədirli də müzakirəyə qoşulmaq üçün söz istəyib və bildirib ki, maraqlı müzakirə gedir və o da öz töhfəsini vermək istəyir.

Lakin Sahibə Qafarova buna etiraz edərək, burada qanun layihəsinin müzakirə edildiyini söyləyib: “Burada qanun layihəsi müzakirə olunur, maraqlı söhbət getmir. Maraqlı söhbət istəyirsinizsə, iclasdan sonra bir stəkan çay için və dəyirmi masa ətrafında birləşib müzakirə aparın”.

Loading

Next Post

Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçirilməyəcək

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək. Bu günə qurumun iclası təyin edilməyib. Seçki Məcəlləsinin 213-cü maddəsinə uyğun olaraq digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini MSK təyin edir: “Maddə 213. Bələdiyyə seçkilərinin təyin edilməsi 213.1. Bələdiyyə seçkilərini bu Məcəllənin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir”. Bundan […]