Livan İsrail ərazisinə 15 raket atıb

Oxunma vaxtı:15 Saniyə

İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə tutulub.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raketin atıldığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib.

“Mərmilərin bir hissəsi zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Loading

Next Post

Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən 2025-ci il martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Yeni mövsüm çərçivəsində Bakı hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. […]