Hərbçimiz güllə xəsarətindən öldü

Oxunma vaxtı:32 Saniyə

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlu odlu silahdan açılmış atəş nəticəsində vəfat edib.

Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib. Müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir.

Loading

Next Post

Şəhid məlumatlarının vikipediyadan silinməsi parlamentdə müzakirə edildi

“Vikipediyada Azərbaycan şəhidləri barədə məlumatlar birdən-birə silinib”. Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.  “23 ildir mövcud olan vikipediyada Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib. Çünki vikipediyanın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin […]