Göygöldə ayı kəndə hücum edib

Oxunma vaxtı:32 Saniyə

Göygöl rayonunun bir sıra kəndləri ayı hücumuna məruz qalıb.

Göygöl rayonu Toğanalı kəndində ayı insanların yaşadığı evlərin həyətinə daxil olub.

Toğanalı kəndinə istirahətə gedən Rövşən Əmiraslanoğlu “Report”un əməkdaşına gecə saatlarında həyətdə səs eşitdiyini bildirib.

O, həyətə çıxan zaman ayının çəpəri dağıdaraq həyətə daxil olduğunu görüb:

“Mən təxminən 4-5 metr ondan aralıda idim. Əl fənərinin işığını ayıya tərəf tutdum. Xoşbəxtlikdən ayı mənə hücum etmədi. Hardasa, on saniyədən çox ayı işığa doğru baxdı və sonra qonşunun həyətinə tərəf qaçdı”.

Qeyd edək ki, bir neçə ay öncə Göygöl rayonun digər kəndlərində də ayı sakinlərin təsərrüfatına hücum edib. Sakinlər ac ayının onlara xəsarət yetirəcəyindən ehtiyat edirlər.(Report)

Loading

Next Post

Türkiyədə vətəndaşların şəxsi məlumatlarını terrorçulara satan şəxslər ələ keçirilib

Türkiyədə vətəndaşların şəxsi məlumatlarını terrorçulara satan şəxslər ələ keçirilib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, Milli Kəşfiyyat İdarəsi və digər hüquq-mühafizə orqanlarının birgə keçirdikləri əməliyyat nəticəsində şəxsi məlumatları terrorçulara satan kibercinayətkar dəstə ifşa olunub, 11 nəfər həbs edilib.