Yağışdan sonra tuneldə batan olub?

Oxunma vaxtı:19 Saniyə

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə hərəkəti çətinləşdirib. 

Sosial şəbəkələrdə yayılan iddialara görə, Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batan var. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib. 

Nazirlikdən əlavə məlumat veriləcəyi də qeyd olunub. 

Loading

Next Post

Hərbçimiz güllə xəsarətindən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlu odlu silahdan açılmış atəş nəticəsində vəfat edib. Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb. Bildirilib ki, hadisə barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin […]