Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır

Oxunma vaxtı:30 Saniyə

İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır.

Bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti yoxdur: “Bu inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən ən çox təsirlənənlər sırasındadırlar və buna görə ən az məsuliyyət daşıyırlar”.

K.Makkartinin sözlərinə görə, 2017-2021-ci illərdə iqlimin maliyyələşdirilməsinin həcmi orta hesabla ildə cəmi 7 milyard ABŞ dolları təşkil edib.

Loading

Next Post

Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə başlayır

Gələn həftə, oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə […]