Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə başlayır

Oxunma vaxtı:33 Saniyə


Gələn həftə, oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq və 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Loading

Next Post

Sarayda şagird məktəb binasından yıxıldı

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb.  Hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon […]