Aydın Kərimov: Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

“Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var”.

Bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Şuşada təmiz hava, gözəl təbiət var. Bunun, əlbəttə ki, səhiyyəyə, insanların sağlamlığına müsbət təsiri var. Səhiyyə turizminin inkişafında bu amil çox mühümdür. TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Şuşada tibbi sahənin inkişafı təmin edilir. Turistlərin dincəlməsi, xüsusilə, cərrahi əməliyyatlardan sonra reabilitasiya xidməti üçün Şuşada əlverişli şərait var və biz bu məqsədlə otel sektorunun yaxşılaşdırılması üçün beynəlxalq ekspertlərlə konsultasiya aparır, onların bilik və bacarıqlarından istifadə edirik” – Aydın Kərimov qeyd edib.

Prezidentin xüsusi nümayəndəsi Şuşada 30-a kimi tarixi abidənin bərpa olunduğunu və abadlaşma işlərinin davam etdiyini bildirib, bir neçə ildən sonra bəzi infrastruktur layihələrinin də hazır olacağını qeyd edib.

Loading

Next Post

SOCAR İtaliya şirkətindən pay alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb. Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti […]