Azərbaycan Premyer Liqası: IX tur “Qarabağ”ın futbolçusu üçün əlamətdar olub

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Premyer Liqasının IX turu “Qarabağ” klubunun futbolçusu Toral Bayramov üçün əlamətdar olub.

O ölkə çempionatlarında 100-cü oyununu keçirib.

23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran futbolçu yalnız bir komandada forma geyinib.

Bütün oyunlarını “Qarabağ”ın heyətində keçirən Toralın debütü 2019/2020 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də, “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.(“Report”)

Loading

Next Post

Azərbaycanlı vəkilə 5 il həbs cəzası verildi

Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib. Bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb. Onyn sözlərinə görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Fəqihini 5 il azadlıqdan məhrum edib. “Ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunan azərbaycanlı vəkil barədə əlavə […]