Zakir Həsənov “Xilaskar” PUA-sını izlədi – Video

Oxunma vaxtı:37 Saniyə

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və Azərbaycanın digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən TEKNOFEST 2024 texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komanda müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.

MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin “B” kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı “Xilaskar” pilotsuz uçuş aparatı da nümayiş olunub.

Loading

Next Post

FHN əməkdaşı faciəvi şəkildə öldü: toyu olacaqdı - Foto

Ağcabədidə FHN əməkdaşının ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Yenixeber.org xəbər verir ki, ötən gün baş verən qəza zamanı həyatını itirən Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb. Mərhum nişanlı olub. Nənəsi dünyasını dəyişdiyi üçün toyu bir dəfə təxirə salınıb. Məclis bu yaxınlarda baş tutacaqdı. […]