Azərbaycanda fövqəladə vəziyyətdə rabitə müəssisələrini birbaşa idarə edəcək qurum müəyyənləşib

Oxunma vaxtı:27 Saniyə

Nazirlər kabineti 15 fevral 2012-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”da dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”a uyğun yerinə yetirmədikdə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə belə rabitə müəssisələrinin ümumistifadəli telekommunikasiya şəbəkələri və poçt rabitəsinin milli operatorunun obyektləri üzərində birbaşa idarəetmə müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi vasitəsilə həyata keçirilə bilər.

Loading

Next Post

"AmCham": Kvant texnologiyaları neft-qaz, nəqliyyat və bank sektorlarını təhdid edir

Azərbaycanda “Milli Post-Kvant Kriptoqrafiya Strategiyası”nın hazırlanması təklif olunur. Belə təkliflə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) dərc etdiyi “Ağ sənəd 2025” adlı hesabatında çıxış edir. Sənəddə bildirilir ki, sözügedən strategiya “Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik […]