Rusiya, Azərbaycan, Ermənistan sərhəd və digər nəzarət üzrə mövqelərdə bir araya gəliblər

alfonsonri
Oxunma vaxtı:39 Saniyə

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri – Aleksey Overçukun, Şahin Mustafayevin və Mher Qriqoryanın birgə sədrliyi ilə keçirilən üçtərəfli işçi qrupunun 10-cu iclasından sonra Moskva, Bakı və İrəvan sərhəd, gömrük və digər nəzarət növlərini müzakirə ediblər və mövqelərini yaxınlaşdırıblar.

 Rusiya Federasiyası hökumətinin saytı məlumat yayıb.

“Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini bir araya gətiriblər”, – xəbərdə bildirilir.

Baş nazirlərin müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər.

“Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər”, – rəsmi məlumatda deyili

Loading

Next Post

Bakıda 51 yaşlı qadın itkin düşdü

Bakıda 51 yaşlı qadın axtarılır. Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, paytaxt sakini olan S.Nəbiyeva Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək Binə qəsəbəsində yaşayan qohumu 1971-ci il təvəllüdlü Nəbiyeva Məsumə Ağaməmməd qızının 04.05.2022-ci il tarixində evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib. Şəkildə […]