Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün müzakirə olunacaq

Oxunma vaxtı:28 Saniyə

Türkiyənin Azərbaycana əsgər göndərməsi barədə qanun layihəsi bu gün Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.

Doğrusöztv.Az Trend -ə istinadən məlumat verir.

Qeyd edək ki, layihə parlamentə dünən təqdim edilib.

Sənədə əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.

Sənədin mətnində deyilir: “Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevə telefonla zəng edib

Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Doğrusöztv.Az bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat veir. Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq […]