FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı – Foto

Oxunma vaxtı:18 Saniyə

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Ramik Əhmədov hadisədən bir müddət əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(Qafqazinfo)

Loading

Next Post

Bakının bu ərazisində binalar söküləcək

Bakının Xətai rayonunda bir sıra binaların sökülməsinə hazırlıq gedir. Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur. Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir.