Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib

Oxunma vaxtı:33 Saniyə

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Hökmə əsasən, təqsirləndirilən şəxs Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

Onu da qeyd edək ki, D.İşxanyan Dağlıq Qarabağdakı qondarma rejimin parlamentinin keçmiş sədri olub.

Loading

Next Post

Bakının Nərimanov rayonunun bəzi ərazilərində su kəsilib

Bakının Nərimanov rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, buna səbəb rayonun Ağa Nemətulla küçəsində magistral xəttin siyirtməsində yaranan nasazlıqlıqdır. Belə ki, saat 12:00-dan işlərə başlanılıb, suyun verilməsində yaranan müvvəqqəti fasilə gün […]