Bakının Nərimanov rayonunun bəzi ərazilərində su kəsilib

Oxunma vaxtı:17 Saniyə

Bakının Nərimanov rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb rayonun Ağa Nemətulla küçəsində magistral xəttin siyirtməsində yaranan nasazlıqlıqdır.

Belə ki, saat 12:00-dan işlərə başlanılıb, suyun verilməsində yaranan müvvəqqəti fasilə gün ərzində aradan qaldırılacaq.

Loading

Next Post

Türkiyə Prezidenti: ABŞ-la İran arasında gərginlik artıb, bölgədə yeni bir müharibə istəmirik

“İlk növbədə, biz regionu yeni münaqişə və ya xaosa sürükləmədən ABŞ-la İran arasında gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. Bu məqsədlə, bildiyiniz kimi, mənim ABŞ Prezidenti Donald Trampla, daha sonra isə İran Prezidenti Məsud Pezeşkianla telefon danışığım olub”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib. “İstanbulda İranın […]