Bu hərəkətlərinə görə onlara müəllimlik etmək qadağan edildi

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 14 Saniyə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən iki müəllimin məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilən 200 saylı məktəbin ibtidai sinif müəllimi Billurə İsmayılova və 71 saylı məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Qocayevaya iyunun 5-də hökm oxunub.

Məhkəmə müəllimləri dələduzluqda təqsirli bilərək onların hər birinin 1 il 6 ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 manat cərimə edilməsinə hökm edib.

Araşdırmalar zamanı məlum olub ki, B.İsmayılova 2016-cı ildə 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə 38 000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb. O, rəfiqəsi, 71 saylı məktəbin müəllimi Z.Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edərək onları məktəbdə görüşdürüb. Bu vədlə o, məktəb direktorunun müavinindən 38 000 manat alaraq dələduzluq edib.

Bundan başqa, onlar 202 saylı məktəbin müəllimi Gülşən Xəlilovanı da aldadaraq onun Ukraynada aldığı magistr təhsilinə dair diplomunu Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsilə təsdiq etdirəcəklərinə və Bakıda orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vəd verərək inandırıblar və 17 min manat pul alaraq dələduzluq ediblər.
Təqsirləndirilən şəxslər Arzu Nəzərova ilə bağlı ittihamı qəbul etməyiblər. B.İsmayılova A.Nəzərovanın sələmə pul verdiyini və məsələnin də sələmə verilmiş pulun qaytarılmamasına görə yarandığını bildirib. Onlar Gülşən Xəlilovla bağlı ittihamı qəbul ediblər.

Qeyd edək ki, zərərçəkmiş Arzu Nəzərova hazırda 162 saylı məktəbin direktorudur.

Loading

Next Post

Qazi intihar anonsu verdi: "Lazımi orqanlar mənimlə maraqlanmasa…"

Vətən müharibəsi qazisi İlkin Hüseynov ona əlillik dərəcəsinin təyin edilməməsindən şikayət edib. Bu barədə o, öz “Facebook” səhifəsində status yazıb. Qazi statusunda qeyd edib ki, Vətən müharibəsinin bitməsindən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, ona əlillik dərəcəsi təyin olunmayıb: “Vətən müharibəsində oktyabr ayının 20-si Qubadlı uğrunda gedən döyüşlərdə sağ ayağımdan […]