Mübariz İbrahimovun xatirəsi yad edilib

Oxunma vaxtı:48 Saniyə

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Müdafiə Nazirliyinin nümayəndə heyəti və bir qrup hərbi qulluqçu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Bu barədə Doğrusöztv.Az  Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Anma mərasimində polkovnik-leytenant Namiq Cavadov qəhrəmanlığı ilə başqalarına nümunə olan Mübariz İbrahimovun vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atıb.

Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın yüksək Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. 

Qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbir çərçivəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə də görüşüblər.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Bu il Rusiya-Azərbaycan arasında yeni layihələrin başlanılması gözlənilir

2021-ci ildə yeni Rusiya-Azərbaycan layihələrinin icrasına, xüsusən də Azərbaycanda kənd təsərrüfatı və yol tikinti texnikasının yığılmasının təşkili ilə bağlı işlərin başlanması gözlənilir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib. Onun sözlərinə görə, ticarət missiyası Rusiya müəssisələrinin Azərbaycan bölgələrinin sosial-iqtisadi inkişafı layihələrində iştirakına xüsusi diqqət […]