Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Oxunma vaxtı:22 Saniyə

Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib.

Özbəkistan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

Loading

Next Post

Özbəkistan Qarabağda kənd təsərrüfatı layihələrində maraqlıdır

Özbəkistan Qarabağın kənd təsərrüfatı torpaqlarından istifadəyə maraq göstərir, bu da Azərbaycanla aqrar-sənaye sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün perspektivli istiqamət kimi qiymətləndirilir. “Report”un müxbirinin məlumatına görə, bu barədə Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Davron Vahabov Şuşada keçirilən İƏT-in altıncı biznes forumunun kuluarlarında jurnalistlərə bildirib. “Burada (Qarabağda) münbit torpaq var və bu halda hər […]