Tramp Netanyahuya zəng etdi: Razılaş!

Oxunma vaxtı:19 Saniyə

ABŞ prezidentliyinə namizəd Donald Tramp dünən İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.

Bu barədə “Axios” ABŞ-dakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, tərəflər Qəzzadakı girovların vəziyyətini və atəşkəs razılaşmasını müzakirə edib.

Məlumata görə, Trampın zəngi Netanyahunu atəşkəs sazişinə razılıq verməyə təşviq etmək məqsədi daşıyıb.

İsrail baş nazirinin dəftərxanası tərəflər arasındakı telefon zəngini təkzib etməyib.

Trampın qərargahı isə məsələyə münasibət bildirməkdən imtina edib.

Loading

Next Post

Makron təsdiqlədi: İki qırıcı toqquşdu, pilotlar öldü

Fransa Prezidenti Emmanuel Makron ölkənin şərqində “Rafale” qırıcılarının toqquşması nəticəsində iki fransız pilotun həlak olduğunu təsdiqləyib. Bu barədə Makron sosial şəbəkə hesabında yazıb. “Ölkə Saint-Dizier aviabazasının nümayəndələrinin ailələrinin və qardaşlarının ağrısını bölüşür”, – deyə o qeyd edib. Xatırladaq ki, ötən gün ölkənin şimal-şərqində iki “Rafale” qırıcısı qəzaya uğramışdı. Pilotlardan biri […]