Rusiyada 80-dən çox ölkənin iştirakı ilə “Ordu-2024” forumu keçirilir

Oxunma vaxtı:22 Saniyə

Avqustun 12-dən 14-dək Rusiyanın Moskva vilayətində keçiriləcək “Ordu-2024” Beynəlxalq Hərbi-Texniki Forumunda 83 dövlətin nümayəndə heyəti iştirak edir.

Bu barədə Rusiya KİV-i Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, 83 ölkədən gələn nümayəndə heyətinin 39-na müdafiə nazirləri və Baş Qərargah rəisləri rəhbərlik edir.

Forumda Belarus, İran, Hindistan və Çinin müdafiə sənayesi müəssisələrinin ekspozisiyaları və fərdi stendləri nümayiş etdiriləcək. Bundan əlavə, tədbirdə 120-dən çox xarici şirkətin təmsilçiləri də qatılıblar.

Loading

Next Post

Kurskda vəziyyət gərgindir, əhali təxliyə olunur

“Hazırda Rusiyanın Kursk vilayətinin Belovski rayonunda vəziyyət çox gərgindir”. Bu barədə rayonun rəhbəri Nikolay Volobuyev bildirib. O, sakinləri könüllü təxliyəyə səsləyib: “Ərazidə hələ də kimsə qalırsa, rayonu tərk etmələrini xahiş edirəm”. Volobuyev, həmçinin bildirib ki, Oboyanski rayonunun bəzi kəndlərinə təxliyə üçün avtobuslar veriləcək. Qeyd edək ki, Kursk vilayətinin atəşə tutulması […]