BANM-ın binasında bu universitet fəaliyyət göstərəcək

Oxunma vaxtı:32 Saniyə

Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin binasının yerləşəcəyi yer məlum olub.

Universitet Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.

Artıq tələbə qəbulu ilə bağlı universitetdə tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub. (Report)

Loading

Next Post

Zurabişvili Mişanı əfv edə bilər – Gürcü Arzusu

Gürcüstan Prezidenti Salome Zurabişvili məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyi planlaşdırsa, təəccüblü deyil. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından deputat Levan Maçavariani bildirib. “Biz artıq öyrəşmişik ki, Salome Zurabişvili ümumilikdə öz ritorikasını dəyişib. O, təkcə Mixail Saakaşvili ilə bağlı deyil, həm də radikal müxalifətlə bağlı mövqeyini […]