Zurabişvili Mişanı əfv edə bilər – Gürcü Arzusu

Oxunma vaxtı:22 Saniyə

Gürcüstan Prezidenti Salome Zurabişvili məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyi planlaşdırsa, təəccüblü deyil.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından deputat Levan Maçavariani bildirib.

“Biz artıq öyrəşmişik ki, Salome Zurabişvili ümumilikdə öz ritorikasını dəyişib. O, təkcə Mixail Saakaşvili ilə bağlı deyil, həm də radikal müxalifətlə bağlı mövqeyini dəyişib”, – Maçavariani bildirib.

Qeyd edək ki, hakim partiya təmsilçiləri hesab edir ki, Gürcü Arzusunun dəstəyi sayəsində prezident olan Zurabişvili indi radikal müxalifətə keçib.

Loading

Next Post

Erməni spiker Azərbaycanla SƏRHƏDDƏ

Vayots Dzorda işgüzar səfərə gedən Ermənistan parlamentinin sədri Alen Simonyan Cermukda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub. Bu barədə Ermənistan spikerinin feysbuk səhifəsində dərc olunan mesajda deyilir. “Mənim işgüzar səfərim Noravank monastır kompleksindən başladı”, – deyə Alen Simonyan yazıb. Məlumata görə, o, ictimaiyyəti narahat edən problemlərlə maraqlanıb.